Gürcüstanda təhsil

Təhsil haqqı

Gürcüstanda tələbə həyatı olduqca maraqlı keçir. Bu arada yaşayış xərclərinin az olması tələbə həyatına daha böyük stimul verir. Tələbə yataqxanasının aylıq kirayəsi 200$-250$ arasında dəyişir. Bu qiymətlərə gün ərzində 3 dəfə qidalanma, internet, komunal və təmizlik xidmətləri daxildir. Tələbə mərkəzdə ona təqdim olunan tələbə kartından nəqliyyatda və digər xidmət yerlərində yararlana bilər. Təhsil Haqqı Universitetdən və İxtisasdan asılı olaraq dəyişir. Ortalama 1000$-dan başlayaraq 1700$-a qədər davam edir. Yuxarıdakı qiymətlər tibb ixtisaslarına aid deyil. Tibb Universitetində qiymətlər 2500$-5000$ arasında dəyişir.